Birxeber.az / Braziliya klubu İspaniya millisinin sabiq hücumçusunun transferini açıqlayıb

Braziliya klubu İspaniya millisinin sabiq hücumçusunun transferini açıqlayıb

9-02-2024, 11:40

Braziliyanın "Qremio" klubu İspaniya millisinin sabiq hücumçusu Dieqo Kostanın transferini açıqlayıb.

"Report" xəbər verir ki, 35 yaşlı futbolçunun son klubu "Botafoqo" ilə müqavilə müddəti yanvarın 1-də başa çatdığı üçün "Qremio"ya azad agent kimi qoşulub.

Dieqo Kosta daha əvvəl "Vulverhempton", "Atletiko Mineyro", "Atletiko", "Rayo Valyekano", "Çelsi", "Valyadolid" və "Braqa" klublarında da çıxış edib.

Geri qayıt