Birxeber.az / Rusiyada neft emalı zavodunun ərazisinə hücum olub, güclü yanğın baş verib

Rusiyada neft emalı zavodunun ərazisinə hücum olub, güclü yanğın baş verib

9-02-2024, 10:40

Bu gecə Rusiyanın Krasnodar diyarında İlski neft emalı zavodunun ərazisində güclü yanğın olub.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Bildirilib ki, ərazidə partlayış səsləri eşidilib.

Zavod ərazisinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edildiyi ehtimal edilir.

Hadisə barədə hələ ki rəsmi məlumat yoxdur.

Geri qayıt