Birxeber.az / Hindistanda baş verən toqquşmalarda ölən və yaralananlar var

Hindistanda baş verən toqquşmalarda ölən və yaralananlar var

9-02-2024, 10:40

Hindistanın şimalındakı Uttarxand ştatının Haldvani şəhərində mədrəsə və məscidin sökülməsi ilə bağlı yerli sakinlər ilə polis arasında toqquşma nəticəsində 4 nəfər ölüb, 250-dən çox insan yaralanıb.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

“Baş verən hadisə nəticəsində 4 nəfər həlak olub, 100-dən çox polis yaralanıb”, - polis sözçüsü bildirib.

Bildirilib ki, toqquşmalarda yerli administrasiya nümayəndələri və jurnalistlər də daxil olmaqla 150-dən çox iştirakçı yaralanıb.

Qeyd edilib ki, hadisə yerinə cəlb olunan əlavə qüvvələr gözyaşardıcı qazdan istifadə ediblər.

Geri qayıt