Birxeber.az / Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar aşkarlanıb

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar aşkarlanıb

9-02-2024, 09:40

Polis əməkdaşları Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar aşkarlayıb.

Bu barədə "Birxeber.Az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Fevralın 8-də Xankəndi şəhəri ərazisində 11 ədəd avtomat silahı, 1 pulemyot, 1 ədəd qumbaraatan, 9 ədəd müxtəlif markalı tüfəng, 5 ədəd qumbara, 4 qumbara alışdırıcısı, 84 ədəd patron darağı, 10712 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Geri qayıt