Birxeber.az / Bayden məxfi sənədləri düzgün saxlamamağa görə məsuliyyətə cəlb olunmayıb

Bayden məxfi sənədləri düzgün saxlamamağa görə məsuliyyətə cəlb olunmayıb

9-02-2024, 07:50

ABŞ prezidenti məxfi sənədlərin düzgün saxlanmaması ilə bağlı aparılan araşdırmadan sonra cinayət məsuliyyətinə cəlb edilmir.

APA-nın məlumatına görə, bu barədə Nümayəndələr Palatasının Hüquq Komitəsində bildirilib.

"Xüsusi prokuror Baydenə qarşı heç bir cinayət ittihamı irəli sürülməməyi tövsiyə etdi" – deyə qeyd olunub.

Həmçinin qeyd olunur ki, xüsusi prokuror ABŞ liderinin sadə vətəndaş olduğu müddətdə qadağan olunmuş materialları saxladığını aşkar edib.

Geri qayıt