Birxeber.az / Britaniya səfiri Prezident İlham Əliyevi seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib

Britaniya səfiri Prezident İlham Əliyevi seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib

8-02-2024, 18:40

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Prezident İlham Əliyevi seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə o, "X"də yazıb.

"Böyük Britaniya yaxın tərəfdaş kimi, Azərbaycanı Ermənistanla sülh sazişi bağlamaq üçün bu fürsətdən istifadə etməyə təşviq edir. Biz uğurlu COP29-un həyata keçirilməsində Azərbaycana dəstək olmaqdan məmnunuq",-diplomat qeyd edib.

Prezident Əliyevi seçkilərdə qalib olması münasibətilə təbrik edirəm. Böyük Britaniya yaxın tərəfdaş kimi, Azərbaycanı Ermənistanla sülh sazişi bağlamaq üçün bu fürsətdən istifadə etməyə təşviq edir. Biz uğurlu COP29-un həyata keçirilməsində Azərbaycana dəstək olmaqdan məmnunuq.

— FergusAuldFCDO (@FergusAuldFCDO) February 8, 2024
Geri qayıt