Birxeber.az / Avropada təbii qazın qiyməti 300 dollardan aşağı düşüb

Avropada təbii qazın qiyməti 300 dollardan aşağı düşüb

22-01-2024, 13:40

Avropada birja ticarəti zamanı təbii qazın qiyməti 2023-cü il iyulun 31-dən bəri ilk dəfə 1000 kubmetr üçün 300 ABŞ dollarından aşağı düşüb.

Bu barədə “Birxeber.Az” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir.

Günün əvvəlindən ümumi qiymət azalması təxminən 6 % təşkil edir.

Avropanın ən likvid habı olan TTF-də (Niderland) təbii qazın fevral fyuçersləri 6 % ucuzlaşaraq 1000 kubmetr üçün 299,7 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Avropada təbii qaz qiymətləri rekord səviyyədə “mavi yanacaq” ehtiyatları və böyük sənaye ölkələrində enerji tələbatını məhdudlaşdıran zəif iqtisadi artım fonunda aşağı düşür.

Geri qayıt