Birxeber.az / COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub

22-01-2024, 12:50

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə Nərmin Carçalova təyin edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Birxeber.Az-ya verilən xəbərə görə, Nərmin Carçalova Azərbaycan Dillər Universitetində bakalavr dərəcəsi üzrə təhsil alıb və 2013-cü ildə ADA Universitetinin diplomatiya və beynəlxalq münasibətlər üzrə magistr proqramını bitirib. Daha sonra Harvard Kennedy Məktəbinin İctimai Liderlik üzrə ixtisasartırma proqramını (Public Leadership Credential), 2021-2022-ci illərdə isə dünyanın nüfuzlu universitetlərindən olan London Universitet Kollecinin (UCL) Dövlət İdarəetməsi üzrə magistr proqramını “Kənd təsərrüfatına dəstəyin timsalında meşələrin qırılmasına səbəb amillər” mövzusunda dissertasiya işi ilə bitirib.

2013-cü ildən Heydər Əliyev Mərkəzində Beynəlxalq Əlaqələr şöbəsində, Heydər Əliyev Fondunda ətraf mühitin mühafizəsi və iqlim fəaliyyəti üzrə layihələrin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə işləyib. 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28-də Azərbaycan pavilyonunun layihə meneceri olub.

Geri qayıt