Birxeber.az / "Qarabağ"ın U-15 komandası beynəlxalq turnirdə ikinci qələbəsini qazanıb

"Qarabağ"ın U-15 komandası beynəlxalq turnirdə ikinci qələbəsini qazanıb

8-02-2024, 14:40

“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə ikinci oyununu keçirib.

"Report" Ağdam təmsilçisinin rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, Minskdə təşkil olunan “Bizim gələcəyimiz” adlı turnirin B qrupunda mübarizə aparan Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 Rusiya “Olimpik”ı ilə qarşılaşıb.

İlk turda “Zvezda”ya 2:0 hesabı ilə qalib gələn komanda ardıcıl ikinci qələbəsini qazanıb.

“Qarabağ” bu dəfə də rəqibinin qapısından iki cavabsız qol keçirib. Onur Əliyev 21-ci dəqiqədə hesabı açıb, 10 dəqiqə sonra Kəmaləddin Cəfərli fərqlənib.

Qeyd edək ki, komanda qrupdakı son matçında Belarus təmsilçisi BATE ilə qarşılaşacaq.

Geri qayıt