Birxeber.az / Türkiyə ordusu son bir həftədə 44 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu son bir həftədə 44 terrorçunu zərərsizləşdirib

8-02-2024, 13:50

Türkiyə ordusu İraq və Suriyanın şimalı da daxil olmaqla, son bir həftədə 44 terrorçunu zərərsizləşdirib.

Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk brifinq zamanı bildirib.

O qeyd edib ki, beləliklə, 2024-cü il yanvarın 1-dən zərərsizləşdirilən terrorçuların sayı 359-a çatıb ki. Onlardan 144-ü İraqın, 215-i isə Suriyanın şimalında məhv edilib.

Geri qayıt