Birxeber.az / Azərbaycan gimnastika millisi beynəlxalq turnir üçün Lüksemburqa yollanıb

Azərbaycan gimnastika millisi beynəlxalq turnir üçün Lüksemburqa yollanıb

8-02-2024, 13:40

Bədii gimnastika üzrə Azərbaycan millisi “LUXGR Cup 2024” beynəlxalq turnirində iştirak etmək üçün Lüksemburqa yollanıb.

“Report” federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma yarışa 6 idmançı ilə gedib.

Onlardan Fidan Qurbanlı, Dəniz Abdullazadə, Sofiya Məmmədova, Nəzrin Abdullayeva gənclər, Kamilla Seyidzadə və Mədinə Dəmirova isə böyüklər arasında mübarizə aparacaqlar.

Qeyd edək ki, beynəlxalq turnir fevralın 9-11-i aralığında keçiriləcək.

Geri qayıt