Birxeber.az / “Böyük Dəbilqə”: Azərbaycan millisinin heyəti açıqlanıb

“Böyük Dəbilqə”: Azərbaycan millisinin heyəti açıqlanıb

8-02-2024, 11:40

Cüdo üzrə Azərbaycan millisinin Bakıda keçiriləcək “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb.

“Report”un Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, yığmamız yarışda 33 idmançı ilə təmsil olunacaq.

Onlardan 22-si kişi, 11-i qadın cüdoçudur.

Kişilər

60 kq: Balabəy Ağayev, Turan Bayramov, Əhməd Yusifov, Nazir Talıbov

66 kq: Yaşar Nəcəfov, Kamran Süleymanov, Rəşad Yelkiyev, İslam Rəhimov

73 kq: Hidayət Heydərov, Rəşid Məmmədəliyev, Nurlan Osmanov, İbrahim Əliyev

81 kq: Səid Mollayi, Zelim Tçkayev, Ömər Rəcəbli

90 kq: Murad Fətiyev, Elcan Hacıyev, Vüqar Talıbov

100 kq: Zelim Kotsoyev, Əjdər Bağırov

+100 kq: Uşanqi Kokauri, Kənan Nəsibov

Qadınlar

48 kq: Leyla Əliyeva, Könül Əliyeva

52 kq: Gültac Məmmədəliyeva, Aydan Vəliyeva, Xədicə Qədəşova

57 kq: Fidan Əlizadə, Açelya Toprak

63 kq: Aytac Qardaşxanlı

70 kq: Südabə Ağayeva, Günel Həsənli

+78 kq: Nigar Süleymanova

Qeyd edək ki, “Böyük Dəbilqə” fevralın 16-18-i aralığında Milli Gimnastika Arenasında keçiriləcək. Çempion cüdoçu 1000, gümüş medalçı 700, üçüncü olan 500 reytinq xalı qazanacaq. Hazırda 61 ölkənin yarışda iştirakı təsdiqlənib.

Geri qayıt