Birxeber.az / Ukrayna son sutkada Rusiyanın 830 hərbçisinin öldürüldüyünü açıqlayıb

Ukrayna son sutkada Rusiyanın 830 hərbçisinin öldürüldüyünü açıqlayıb

22-01-2024, 12:40

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı ötən sutka ərzində Rusiyanın 830 hərbçisinin öldürüldüyünü açıqlayıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Rusiya hərbçiləri əsasən cənub və şərq istiqamətində gedən döyüşlərdə 68 hərbi toqquşmalar nəticəsində zərərsizləşdiriliblər.

Hazırda əsas döyüşlər Xarkov vilayətinin Kupyansk rayonu, Donetsk vilayətinin Avdeevka şəhəri və Zaporojye vilayəti istiqamətində gedir.

Geri qayıt