Birxeber.az / TÜRKSOY-un Baş katibi: "İlham Əliyevin qələbəsi Azərbaycan xalqının və türk dünyasının qələbəsidir"

TÜRKSOY-un Baş katibi: "İlham Əliyevin qələbəsi Azərbaycan xalqının və türk dünyasının qələbəsidir"

8-02-2024, 10:40

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyevin qələbəsi xalqının və bütün türk dünyasının qələbəsidir.

Bu barədə "Report"a açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev deyib.

Onun sözlərinə görə, İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən biri Qarabağın işğaldan azad edilməsi və ölkəsinin ərazi bütövlüyünün bərpa olunmasıdır: “Bu, həqiqətən də prezidentin qəhrəmanlıq addımıdır. İlham Əliyevi türk dünyasının lideri, türk dünyasındakı düzəninin memarlarından biri hesab edirik. Mən Prezidenti belə parlaq qələbə münasibətilə təbrik edirəm. Bütün xalq onu dəstəklədi. Bunu Azərbaycan tarixində ən parlaq hadisələrdən biri hesab edirəm”.

Geri qayıt