Birxeber.az / Pakistanda seçki məntəqəsi atəşə tutulub, polis əməkdaşı ölüb

Pakistanda seçki məntəqəsi atəşə tutulub, polis əməkdaşı ölüb

8-02-2024, 09:40

Pakistanda seçki məntəqəsinin atəşə tutulması nəticəsində polis əməkdaşı ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, həmin məntəqədə səsvermə dayandırılıb.

Bildirilib ki, hadisə Xayber-Paxtunxva əyalətinin Tank dairəsində baş verib.

Xatırladaq ki, fevralın 8-də Pakistan parlamentinin Milli Məclisinə (Aşağı Palataya) seçkilər keçirilir.

Geri qayıt