Birxeber.az / ABŞ-də səsvermə seçici fəallığı ilə başa çatıb

ABŞ-də səsvermə seçici fəallığı ilə başa çatıb

8-02-2024, 04:40

Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar ölkəmizin ABŞ-nin paytaxtı Vaşinqtondakı səfirliyində keçirilən səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.

Bu barədə Azərbaycanın Vaşinqtondakı konsulu Ceyhun Novruzov "Report"un ABŞ bürosuna açıqlamasında deyib.

Diplomat bildirib ki, ABŞ-də yaşayan və fəaliyyət göstərən 217 nəfər seçici səsvermədə iştirak edib: "Həm seçicilərin fəallığı, həm də səsvermədə iştirakı baxımından səsvermə çox yüksək səviyyədə keçib. Səsvermə rəsmi olaraq başa çatdı və bundan sonrakı mərhələ səslərin sayılması prosesidir".

Geri qayıt