Birxeber.az / Füzuli şəhərinin sakinləri Prezident İlham Əliyevin qələbəsini bayram ediblər - VİDEO

Füzuli şəhərinin sakinləri Prezident İlham Əliyevin qələbəsini bayram ediblər - VİDEO

7-02-2024, 23:50

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar “exit-poll” nəticələri açıqlandıqdan sonra işğaldan azad olunmuş Füzuli şəhərində yürüş keçirilib.

APA-nın bölgə müxbirinin xəbərinə görə, avtomobillər dövlət bayraqları ilə şəhər küçələrində dövrə vurublar.

İşğaldan azad edilmiş Füzuli şəhərinin sakinləri İlham Əliyevin prezident seçkilərində qələbəsini bayram ediblər.

Geri qayıt