Birxeber.az / Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB

Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB

7-02-2024, 22:50

Gürcüstanın Bağdati bələdiyyəsinin Nergeeti kəndində torpaq sürüşməsi nəticəsində itkin düşən daha iki nəfərin meyiti tapılıb.

Birxeber.Az-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidməti yayıb.

Bununla da təbii fəlakət nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. Daha 1 nəfərin axtarışları davam etdirilir.

Axtarış-xilasetmə işlərinin aparıldığı torpaq kütləsinin hündürlüyünün 30 metr olduğu bildirilir.

***

11:26

Gürcüstanın Bağdati munisipalitetinin Neergeti kəndində güclü yağışlar səbəbilə baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Birxeber.Az-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidmətinin rəhbəri Temur Mğebrişvili bildirib. İtkin düşən daha 5 nəfərin axtarışlarının davam etdirildiyi bildirilib. Əraziyə 200-dən çox xilasedici cəlb edilib. Artıq torpaq kütləsinin 70%-nin təmizləndiyi bildirilir.

Xatırladaq ki, ötən ilin avqustunda Gürcüstanın Oni bələdiyyəsinin Şovi kurort zonasında baş vermiş torpaq uçqunu nəticəsində 30-dan çox insan həlak olub.

Geri qayıt