Birxeber.az / İran səfirliyi İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib

İran səfirliyi İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib

7-02-2024, 22:40

İranın Azərbaycandakı səfirliyi Azərbaycandakı növbədənkənar prezident seçkilərinin uğurla keçirilməsi və İlham Əliyevin yenidən prezident seçilməsi münasibətilə paylaşım edib.

“Report” xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında yazılıb.

“Azərbaycanda prezident seçkilərinin uğurla keçirilməsi və cənab Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edirik. Əminik ki, qarşıdakı dövrdə iki qardaş və müsəlman qonşu olan İran və Azərbaycan arasında və münasibətlərində yeni səhifə açılacaqdır”, - paylaşımda bildirilib.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.

nın dakı səfirliyi prezident seçkilərinin uğurla keçirilməsi və cənab @azpresident yenidən Prezidenti seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edir. Əminik ki, qarşıdakı dövrdə iki qardaş və müsəlman qonşu ölkələr olan və münasibətlərində yeni səhifə açılacaqdır.

— IRAN Emb. in R.Azerbaijan (@IRANINBAKU) February 7, 2024
Geri qayıt