Birxeber.az / QDİƏT PA missiyası seçkilərin monitorinqi zamanı heç bir qanun pozuntusu qeydə almayıb

QDİƏT PA missiyası seçkilərin monitorinqi zamanı heç bir qanun pozuntusu qeydə almayıb

7-02-2024, 21:40

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) müşahidə missiyası Azərbaycanda prezident seçkilərinin monitorinqi zamanı hər hansı qanun pozuntusu və ya problem qeydə almayıb.

“Birxeber.Az” xəbər verir ki, bunu QDİƏT PA-nın müşahidə missiyasının üzvü, Yunanıstan parlamentinin üzvü Konstantinos Vlasis deyib.

Onun sözlərinə görə, səsvermə prosesi bütün qaydalara uyğun təşkil olunub: “Azərbaycan vətəndaşları səsvermədə fəal iştirak edib. İnsanların seçkilərdə iştirak etmək istəyi aydın şəkildə görünürdü”.

Geri qayıt