Birxeber.az / "Napoli"nin prezidenti Spallettinin komandadan ayrılmasının səhv qərar olduğunu açıqlayıb

"Napoli"nin prezidenti Spallettinin komandadan ayrılmasının səhv qərar olduğunu açıqlayıb

7-02-2024, 19:40

İtaliyanın "Napoli" klubunun prezidenti Aurelio De Laurentis baş məşqçi Luçano Spallettinin komandadan ayrılmasının səhv qərar olduğunu etiraf edib.

"Report" "Sky Sport"a istinadən xəbər verir ki, funksioner bu barədə açıqlamasında bildirib.

De Laurentis təcrübəli mütəxəssislə vidalaşmağın yanlış addım olduğunu söyləyib.

Qeyd edək ki, Luçano Spalletti 2021-ci ilin mayından 2023-cü ilin iyununa qədər Neapol təmsilçisində işləyib. O, 2022/2023 mövsümündə komanda ilə A Seriyasının qalibi olub.

Geri qayıt