Birxeber.az / Narışkin: ABŞ Zelenskiyə hökumətdə kadr dəyişikliyi etməyi tövsiyə edib

Narışkin: ABŞ Zelenskiyə hökumətdə kadr dəyişikliyi etməyi tövsiyə edib

22-01-2024, 11:50

ABŞ Vladimir Zelenskiyə Ukrayna hökumətində kadr dəyişikliyi etməyi tövsiyə edib.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.

Onun sözlərinə görə, Vaşinqton Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarovanı ölkənin baş naziri postuna irəli sürüb.

“Zelenskinin 2023-cü ilin dekabrında ABŞ-a səfəri zamanı Ukraynanın icra hakimiyyətlərində kadr dəyişikliyi ilə bağlı təcili tövsiyələr onun diqqətinə çatdırılıb”, - deyə XKX-nin press bürosunun Narışkinə istinadən yaydığı məlumatda bildirilib

Xidmətin məlumatına görə, amerikalılar Bluminqtonda İndiana Universitetində təhsil almış Ukraynanın Vaşinqtondakı səfiri Oksana Markarovanı baş nazir postuna irəli çəkirlər. Ukrayna maliyyə nazirinin müavini, Harvardda təhsil almış Aleksandr Kavanın maliyyə naziri vəzifəsinə təyin edilməsi təklif edilir. Polşa Milli Dövlət İdarəçilik İnstitutunun məzunu Taras Kaçka isə iqtisadiyyat naziri vəzifəsinə tövsiyə olunub.

Geri qayıt