Birxeber.az / QDİƏT PM: İnsanların seçkidə kütləvi iştirakını görməkdən məmnunuq

QDİƏT PM: İnsanların seçkidə kütləvi iştirakını görməkdən məmnunuq

7-02-2024, 14:50

Müşahidələrimizə əsasən, seçki prosesi indiyə kimi normal qaydada davm edir.

Bunu Birxeber.Az-ya açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PM) Rumıniyadan olan vitse-prezidenti Konstantin Daniel deyib.

"Biz burada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasını təmsil edirik. İkinci dəfədir ki, Azərbaycandayam və qonaqpərvərliyiniz üçün təşəkkür edirəm. Bu hələ seçki prosesinin əvvəlidir. İnsanların kütləvi şəkildə seçki prosesində iştirakını görməkdən məmnunam. Düşünürəm ki, təkcə Azərbaycanda deyil, ümumilikdə dünyada insanların seçkilərdə iştirakı demokratiya üçün çox önəmlidir", - Konstantin Daniel deyib.

O əlavə edib ki, günün sonunda mətbuat konfransı keçiriləcək və təşkilatın müşahidələri ilə bağlı ətraflı məlumat veriləcək.

Geri qayıt