Birxeber.az / ASCO-nun gəmilərində üzən dənizçilər səsvermə hüququndan istifadə edib

ASCO-nun gəmilərində üzən dənizçilər səsvermə hüququndan istifadə edib

7-02-2024, 14:40

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmilərində üzən dənizçilər növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edib.

"Report" bu barədə ASCO-ya istinadən xəbər verir.

Məlumata görə, Ümumilikdə 84 gəminin 1455 nəfər heyət üzvünün səsverməsi Bakı vaxtı ilə saat 13:00-da 100 % təmin olunub.

Radioqram və mail vasitəsilə gəmilərdən dənizçilərin səsi ASCO-da yaradılan 44 saylı seçki məntəqəsinə göndərilib və bu səslər məntəqədən 7 saylı Səbail seçki dairəsinə daxil olacaq.

Xatırladaq ki, 84 gəmidən 76-sı Xəzər dənizində, 8-i Qara dəniz və Aralıq dənizi hövzələrində üzən gəmilərdir.

Geri qayıt