Birxeber.az / Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi Parisdə səs verib

Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi Parisdə səs verib

7-02-2024, 13:40

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev növbədənkənar prezident seçkilərində səs verib.

"Report"un Fransa bürosu bildirir ki, o, Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində yaradılan seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Parisdəki seçki məntəqəsində keçirilən səsvermədə bu ölkədə yaşayan və müvəqqəti ezam olunmuş Azərbaycan vətəndaşları iştirak edirlər. Bu ölkədəki həmvətənlərimiz səsvermədə böyük fəallıq nümayiş etdirirlər.

Geri qayıt