Birxeber.az / Məntəqə sədri Şakir Quliyev: “Son 10 ildə belə seçki aktivliyi görməmişəm”

Məntəqə sədri Şakir Quliyev: “Son 10 ildə belə seçki aktivliyi görməmişəm”

7-02-2024, 12:40

19 saylı Nərimanov birinci seçki dairəsinin 3 saylı seçki məntəqəsinin sədri Şakir Quliyev son 10 ildə belə seçki aktivliyi görmədiyini bildirib.

"Birxeber.Az"a açıqlamasında sədr qeyd edib ki, məntəqənin dislokasiyasında 1367 nəfər seçici qeydiyyata alınıb.

"Hər şey qaydasındadır, indiyə olan məlumata görə, 430-dan çox seçici artıq səs verib, daşınan qutudan istifadə üçün isə müraciət qeydə alınmayıb".

Geri qayıt