Birxeber.az / QH Gənclər Şəbəkəsinin nümayəndəsi: “Seçkilərdə hər yaşdan insanlar iştirak edir”

QH Gənclər Şəbəkəsinin nümayəndəsi: “Seçkilərdə hər yaşdan insanlar iştirak edir”

7-02-2024, 12:40

Azərbaycanda keçirilən seçkilər vətəndaşların iradəsinin demokratik ifadəsini əks etdirir.

Bu barədə "Report"a Qoşulmama Hərəkatının (QH) Gənclər Şəbəkəsinin nümayəndəsi Edqar Renyeri Kastilo Maçade məlumat verib.

Onun sözlərinə görə, seçki prosesi şəffafdır: “Biz hər yaşda olan insanların səsvermədə iştirak etdiyini görürük. Deyə bilərəm ki, seçkilərin keçirilməsi ilə bağlı qanuna və prosedura riayət edilir”.

Müşahidəçi ümumxalq səsverməsinin gedişini yüksək qiymətləndirib.

Geri qayıt