Birxeber.az / İsrail Ordusu: Ölkənin şimalında şübhəli hədəfə raket atılıb

İsrail Ordusu: Ölkənin şimalında şübhəli hədəfə raket atılıb

20-01-2024, 01:50

İsrail Müdafiə Qüvvələri (IDF) ölkənin şimalında şübhəli hava hədəfinə doğru raket atıb.

APA-nın məlumatına görə, bu barədə ordunun mətbuat xidməti Hayfa şəhərində sirenlərin işə düşməsindən sonra məlumat yayıb.

"İsrailin şimalındakı Hayfa şəhərində səslənən həyəcan siqnalının ardınca şübhəli hava hədəfinə doğru raket atılıb. Həyəcan siqnalı raketin buraxılması nəticəsində işə düşüb", - deyə məlumatda bildirilir.

"Hadisə aradan qaldırılıb", - mətbuat xidməti əlavə edib.

Geri qayıt