Birxeber.az / MDB-nin Baş katibi: “Azərbaycanda bütün namizədlərə seçkilərdə iştirak etmək üçün bərabər imkanlar yaradılıb”

MDB-nin Baş katibi: “Azərbaycanda bütün namizədlərə seçkilərdə iştirak etmək üçün bərabər imkanlar yaradılıb”

7-02-2024, 12:40

Azərbaycanda növbədənkənar prezident seçkilərində bütün namizədlərə bərabər imkanlar yaradılıb.

“Birxeber.Az” xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidəçilər missiyasının rəhbəri, MDB-nin Baş katibi Sergey Lebedev Bakıda bir sıra seçki məntəqələrinə baş çəkdikdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda KİV-lərdə bütün namizədlərin seçki kampaniyası informasiya baxımından çox yaxşı işıqlandırılıb:

“Prezidentliyə namizədlərə öz proqramlarını televiziya və çap mətbuatında təqdim etmək imkanı yaradılıb və uzunmüddətli müşahidəçilərimiz bu prosesi yaxından izlədilər. Yəni bütün namizədlərə bərabər imkanlar yaradılıb. Bu da çox yaxşı müsbət amildir”.

Geri qayıt