Birxeber.az / Şamil Ayrım: Azərbaycan torpaqlarını azad etdikdən sonra ilk dəfə prezident seçkilər keçirir

Şamil Ayrım: Azərbaycan torpaqlarını azad etdikdən sonra ilk dəfə prezident seçkilər keçirir

7-02-2024, 11:50

“Bura gəldiyimiz ilk seçki məntəqəsidir. Azərbaycan vətəndaşları öz gələcəkləri üçün prezidentlərini seçmək məqsədilə burdadırlar”.

Birxeber.Az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

“Bu seçkilərin ayrı özəlliyi var. Çünki Azərbaycan öz torpaqlarını azad etdikdən sonra ilk dəfə prezident seçkilər keçirir”, - o əlavə edib.

Geri qayıt