Birxeber.az / BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Astanada keçiriləcək danışıqlarda iştirak edəcək

BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Astanada keçiriləcək danışıqlarda iştirak edəcək

22-01-2024, 10:40

BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen yanvarın 24-25-də Qazaxıstanın paytaxtında keçiriləcək Suriya üzrə Astana formatı (Rusiya, İran, Türkiyə) çərçivəsində beynəlxalq görüşdə iştirak edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

“Biz onun katibliyi ilə əlaqə saxlayırıq. O, çox güman ki, görüşdə iştirak edəcək”, - o qeyd edib.

Geri qayıt