Birxeber.az / Hindistanda qanunsuz zavodda partlayış olub, 11 nəfər ölüb, 50 nəfər yaralanıb

Hindistanda qanunsuz zavodda partlayış olub, 11 nəfər ölüb, 50 nəfər yaralanıb

6-02-2024, 14:40

Hindistanda pirotexnika istehsal edən qanunsuz zavodda partlayış nəticəsində azı 11 nəfər ölüb.

“Report” TASSa istinadən xəbər verir ki, bu barədə Madxya-Pradeş ştatı hökumətinin başçısı Mohan Yadava bildirib.

Onun sözlərinə görə, 50-dən çox insan yaralanıb. Məlumata əsasən, partlayış nəticəsində yaxınlıqdakı 60 bina dağılıb.

Geri qayıt