Birxeber.az / Müdafiə Nazirliyinin hərbi qulluqçularının maaşları yeni redaksiyada təsdiqlənib

Müdafiə Nazirliyinin hərbi qulluqçularının maaşları yeni redaksiyada təsdiqlənib

6-02-2024, 11:50

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.

Birxeber.Az-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə müvafiq qərar verib.

Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.

Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

Geri qayıt