Birxeber.az / Azərbaycanda prezident seçkiləri üzrə 89 mindən çox yerli müşahidəçi qeydiyyatdan keçib

Azərbaycanda prezident seçkiləri üzrə 89 mindən çox yerli müşahidəçi qeydiyyatdan keçib

6-02-2024, 11:40

Azərbaycanda prezident seçkilərini izləmək üçün 89 min 366 yerli müşahidəçi qeydiyyatdan keçib.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, onlardan 5405-i MSK, 83 961-i isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Geri qayıt