Azərbaycanın Xalq artisti, görkəmli balerina və xoreoqraf Rəfiqə Axundova bu gün İkinci Fəxri xiyabanda dəfn olunacaq.
Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Onunla vida mərasimi saat 12:00-da Təzə Pir məscidində olacaq. Dəfn isə saat 14:00-a nəzərdə tutulub.
***
10:03
Azərbaycanın Xalq artisti, görkəmli balerina və xoreoqraf Rəfiqə Axundova vəfat edib.
Bu barədə APA-ya Bakı Xoreoqrafiya Akademiyasından məlumat verilib.
Qeyd edilib ki, 93 yaşlı xoreoqraf uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkirdi.