Birxeber.az / İngiltərə millisi 19 il əvvəl Azərbaycan yığmasını məğlub etdiyi stadiona qayıdır

İngiltərə millisi 19 il əvvəl Azərbaycan yığmasını məğlub etdiyi stadiona qayıdır

6-02-2024, 09:40

İngiltərə millisi 19 il əvvəl Azərbaycan yığmasını məğlub etdiyi stadiona qayıdır.

“Report” xəbər verir ki, Qaret Sautqeytin yetirmələri 2005-ci ildən bəri ilk dəfə Nyukasldakı “Sent Ceyms Park”da oyun keçirəcək.

“Dumanlı Albion” təmsilçisi iyunun 3-də Bosniya və Herseqovina ilə yoldaşlıq görüşündə üz-üzə gələcək. İngilislər bu arenada sonuncu dəfə 2005-ci il martın 30-da Karlos Alberto Torresin rəhbərlik etdiyi Azərbaycan millisi ilə qarşılaşmışdılar. Stiven Cerrard və Devid Bekhemin qolları sayəsində meydan sahibləri 2:0 hesablı qələbə qazanmışdılar.

Qeyd edək ki, AVRO-2006-nın seçmə mərhələ oyunu zamanı İngiltərə yığmasının baş məşqçisi Sven Yoran Eriksson olub.

Geri qayıt