Birxeber.az / İsrailin müdafiə naziri: Qəzzadakı əməliyyat dünya hərb tarixinin ən çətinlərindən biridir

İsrailin müdafiə naziri: Qəzzadakı əməliyyat dünya hərb tarixinin ən çətinlərindən biridir

6-02-2024, 03:40

“İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyat dünya hərb tarixinin ən çətinlərindən biridir”.

“Report” xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.

O qeyd edib ki, İsrail qoşunları Fələstinin HƏMAS radikal hərəkatı tərəfindən anklavda inşa edilən yeraltı tunellərdə inamla fəaliyyət göstərir.

“Mən burada sizə açıq və birmənalı şəkildə demək istəyirəm: Qəzzada quru əməliyyatı bütün bəşəriyyətin müharibələri tarixində ən çətin əməliyyatlardan biridir.

Mən müharibələrin tarixini yaxşı bilirəm və sizə bunu deyirəm: İsrail Müdafiə Qüvvələri əvvəllər heç vaxt görülməmiş bir əməliyyat həyata keçirir, bunu peşəkarcasına, cəsarətlə, fədakarlıqla edir və təsirli nəticələr əldə edirlər ”,- deyə o qeyd edib.

Geri qayıt