Birxeber.az / Xocavənddə qumbaraatan və 24 əl qumbarası aşkarlanıb

Xocavənddə qumbaraatan və 24 əl qumbarası aşkarlanıb

22-01-2024, 09:40

Xocavənd rayonunda silah-sursat aşkar edilib.

Bu barədə "Birxeber.Az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən 1 ədəd qumbaraatan, 24 ədəd əl qumbarası, müxtəlif çaplı mərmi və patronlar, eləcə də digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Geri qayıt