Birxeber.az / Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

6-02-2024, 01:40

Sumqayıt şəhərində 61 yaşlı piyadanı maşın vurub.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə Sülh prospektində qeydə alınıb.

Avtomobil yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Rafael Hümbət oğlu Həsənovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Geri qayıt