Birxeber.az / Sabah maqnit qasırğası olacaq

Sabah maqnit qasırğası olacaq

22-01-2024, 09:40

Növbəti maqnit qasırğasının yanvarın 23-də olacağı gözlənilir.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş rentgen astronomiyası laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.

Bildirilib ki, maqnit qasırğası yanvarın 23-də səhər tezdən başlayacaq və günortadan sonra səngiyəcək. Maqnit qasırğasının zəif (G1 səviyyəsi) olacağı proqnozlaşdırılır.

Geri qayıt