Birxeber.az / Macarıstan klubu "Qarabağ"ın sabiq futbolçusu ilə vidalaşmaq istəyir

Macarıstan klubu "Qarabağ"ın sabiq futbolçusu ilə vidalaşmaq istəyir

22-01-2024, 09:40

Macarıstanın "Ferentsvaroş" klubu "Qarabağ"ın sabiq futbolçusu Kvabena Ovusu ilə yollarını ayırmaq istəyir.

"Report" yerli "Goal.com/hu" nəşrinə istinadən xəbər verir ki, ölkə çempionu 26 yaşlı hücumçunu İspaniyadakı təlim-məşq toplanışına da aparmayıb.

Türkiyənin "Sivasspor" klubunun qanalı forvardla maraqlandığı və onun üçün rəsmi təklif göndərdiyi də vurğulanıb.

Qeyd edək ki, Kvabena Ovusu 2020-2023-cü illərdə Ağdam təmsilçisinin formasını geyinib.

Geri qayıt