Birxeber.az / Niderland hökuməti feysbuku qadağan edə bilər

Niderland hökuməti feysbuku qadağan edə bilər

5-02-2024, 22:40

Niderland hökuməti feysbukdan tamamilə imtina etməyi düşünür.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “De Telegraaf” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bu mövzuda “Meta” ilə aparılan danışıqlar istənilən nəticəni verməyib. Buna görə də hakimiyyət bütün hökumətə təsir edəcək feysbuk qadağası üçün hazırlıqlara başlayıb.

Niderlandın Daxili İşlər və Kral İşlər Nazirliyinin dövlət katibi Aleksandra van Hoeffelen qəzetə təsdiqləyib ki, hökumət illərdir feysbukun həssas məlumatları necə idarə etməsindən narahatdır.

Hökumət Məlumatların Mühafizəsi İdarəsindən sosial şəbəkədən istifadənin təhlükəsiz olub-olmaması ilə bağlı məsləhət istəyib.

“De Telegraaf” qeyd edib ki, hökumət artıq feysbuku qadağan etməyi qarşısına məqsəd qoyub və bu addımın hansı nəticələrə gətirib çıxaracağını dəyərləndirir.

Geri qayıt