Birxeber.az / Suriya və İraqda 17 PKK terrorçusu zərərsizləşdirilib

Suriya və İraqda 17 PKK terrorçusu zərərsizləşdirilib

22-01-2024, 08:50

Suriyanın şimalında 7 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında deyilir: “Terrora və terrorçulara heç bir yerdə yer yoxdur. Qəhrəman silahlı qüvvələrimiz Suriyanın şimalındakı “Fərat Qalxanı”, “Sülh bulağı” və “Bafdik” bölgələrində 7 PKK/YPG terrorçusu zərərsizləşdirib”.

Nazirlikdən verilən digər məlumata görə, hava əməliyyatı zamanı İraqın şimalındakı “Pəncə-Kilid” bölgəsində müəyyən edilən 10 PKK terrorçusu zərərsizləşdirilib.

Geri qayıt