Birxeber.az / Külək güclənib, Xəzərdə dalğanın hündürlüyü 3,8 metrə çatır - FAKTİKİ HAVA

Külək güclənib, Xəzərdə dalğanın hündürlüyü 3,8 metrə çatır - FAKTİKİ HAVA

22-01-2024, 08:50

Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 22-si saat 08:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti dəyişib, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir. Hazırda küləyin sürəti arabir 25-30 m/s-yə çatır.
Xidmətdən Birxeber.Az-ya bildirilib ki, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrdir.

Balakən, Quba, Qusar, Lənkəran, Lerik, Astara, Cəlilabad, Zaqatala, Şəki, Ağdam, Naftalan, Tərtərdə yağış, Gədəbəydə qar yağır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcək.

Geri qayıt