Naxçıvan şəhərində baş verən ağır qəzada xəsarət alanların kimliyi məlum olub.
“Birxeber.Az”un yerli bürosu xəbər verir ki, bunlar 1959-cu il təvəllüdlü Babayev Həbib Nəbi oğlu, 2000-ci il təvəllüdlü Həsənəliyev Məftun Vilayət oğlu, 2001-ci il təvəllüdlü Cəfərzadə Anar Təvəkkül oğlu və 2001-ci il təvəllüdlü Quliyev Fərid Pərviz oğludur.
17:50
Naxçıvan şəhərinin Azərbaycan küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yol qəzası baş verib.
"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, "Toyota" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.