Birxeber.az / Blinken Səudiyyə Ərəbistanına səfər edib

Blinken Səudiyyə Ərəbistanına səfər edib

5-02-2024, 18:50

ABŞ dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanına səfər edib.

APA BBC-yə istinadən xəbər verir ki, dövlət katibi Blinkeni daşıyan təyyarə artıq hava limanına eniş edib.

Bu, İsrail və HAMAS arasında ötən ilin oktyabrında başlayan müharibədən bəri ABŞ dövlət katibinin regiona beşinci səfəridir.

Səfəri çərçivəsində Entoni Blinkenin Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salman və xarici işlər naziri Faysal bin Farhan əl-Səudla görüşlər keçirəcəyi gözlənilir.

Geri qayıt