Birxeber.az / Niderland Ukraynaya əlavə 6 ədəd F-16 tədarük edəcək

Niderland Ukraynaya əlavə 6 ədəd F-16 tədarük edəcək

5-02-2024, 18:40

Niderland Ukraynaya əlavə 6 ədəd F-16 qırıcısı tədarük etməyi planlaşdırır.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Kaysa Ollonqren “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Niderland Ukraynaya tədarük üçün 6 ədəd F-16 hazırlayır. Onlar daha əvvəl vəd edilən 24 qırıcıya əlavə olunaraq tədarük olunacaq”, - nazir vurğulayıb.

Geri qayıt