Birxeber.az / Cəlilabadda 22 yaşlı gənc intihar edib 

Cəlilabadda 22 yaşlı gənc intihar edib 

5-02-2024, 18:40

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Səttarxan adlı yaşayış massivində qeydə alınıb.

Belə ki, rayon sakini, 2002-ci il təvəllüdlü Ə.Məmmədov özünü asaraq, həyatına son qoyub.

Onun intihar etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt