Birxeber.az / Niderland Ukraynaya daha 6 ədəd F-16 qırıcısı verəcək

Niderland Ukraynaya daha 6 ədəd F-16 qırıcısı verəcək

5-02-2024, 17:50

Niderland Müdafiə Nazirliyi Ukraynaya çatdırılmaq üçün əlavə 6 ədəd F-16 qırıcı təyyarəsini hazırlayır.
Birxeber.Az xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Kajsa Ollongren "X" hesabında bildirib.


Nazir qeyd edib ki, bununla da onların ümumi sayı, əvvəllər vəd edilmiş F-16-larla birlikdə 24-ə çatacaq. "Ukraynanın hava üstünlüyü Rusiyanın təcavüzünə qarşı durmaq üçün vacibdir", - nazir vurğulayıb.

Geri qayıt