Birxeber.az / Füzuli sakini: Doğma torpağıma qayıtmağıma görə çox sevincliyəm

Füzuli sakini: Doğma torpağıma qayıtmağıma görə çox sevincliyəm

22-01-2024, 08:40

Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur. Oradan gənc yaşlarımda ayrıldım, çox ağrılı-acılı günlər yaşadıq. Allaha şükürlər olsun ki, çətin günlər geridə qaldı.

"Birxeber.Az" xəbər verir ki, bu sözləri Füzuliyə qayıdan keçmiş məcburi köçkün Ağgül Məmmədova söyləyib.

Ailəsi ilə birlikdə Füzuliyə qayıtdığını vurğulayan keçmiş məcburi köçkün Sumqayıt şəhərində məskunlaşdıqlarını bildirib. Füzulidəki xatirələrini unutmadığını, doğma el-obalarını görmək üçün səbirsizləndiyini deyib.

“Bu gözəl günləri bizə yaşadan Prezidentimizə öz minnətdarlığımı bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm", - deyə o qeyd edib.

Geri qayıt